Dalga Televiziyasi Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2322
DünənDünən4363
Bu həftəBu həftə15414
Bu ayBu ay70314
Bu günə qədərBu günə qədər10341916

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

Saytda Axtarış

ახალი ამბები