Dalga Televiziyasi Gürcüstanın ədliyyə naziri azərbaycanlıların üzləşdiyi problemlərin həllini vəd edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3157
DünənDünən3048
Bu həftəBu həftə9258
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465857

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın ədliyyə naziri azərbaycanlıların üzləşdiyi problemlərin həllini vəd edib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Gürcüstanın ədliyyə naziri Tea Tsulukianı ölkədə fəaliyyət göstərən KİV nümayəndələri ilə görüş keçirib.

"Dalğa TV"nin məlumatına görə, görüşdə azərbaycanlı jurnalistlər də iştirak ediblər.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların sənədlərində ad və soyadlarındakı texniki səhvlər, mülkiyyət (ev, torpaq və s.), məsələləri, habelə əhalini narahat problemlər müzakirə olunub.

Nazir bildirib ki, qeyd olunan problemlər yalnız azərbaycanlıların yaşadığı bölgələrə aid deyil, Gürcüstanın bütün bölgələrinə xas olan problemlərdir. T. Tsulukiani bu problemlərin Saakaşvili hakimiyyəti dövründə həll olunmadığını deyib. O, sovet dönəmində rus dilində tərtib olunan sənədlərin gürcü dilində olan hissəsində yazılış qaydalarında yol verilən texniki səhvlərin həll olunacağını bildirib. Nazir həmçinin 2009-cu ilədək sənədlərdə gedən səhvlərin düzəlişlərinə amnistiya veriləcəyini qeyd edib.

Görüşdə soydaşlarımızın ad və soyadlarında gedən səhvlərin düzəldilməsi üçün ədliyyə evlərinə müraciət etməkləri tövsiyə edilib.

Saytda Axtarış

ახალი ამბები