Dalga Televiziyasi Rusiya prezidenti MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə terrorçularla mübarizəni müzakirə edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3227
DünənDünən3048
Bu həftəBu həftə9328
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465927

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiya prezidenti MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə terrorçularla mübarizəni müzakirə edəcək

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə Suriya və Əfqanıstanda təlim keçmiş terrorçularla mübarizə məsələlərini müzakirə edəcək.


"Dalğa TV"nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

"Vladimir Putin Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasında iştirak edən xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək", deyə məlumatda bildirilir.

Görüş zamanı MDB ölkələrində antiterror fəaliyyətin əsas aspektləri, həmçinin Suriya və Əfqanıstanda təlim keçmiş terror təşkilatları və qruplara qarşı mübarizə məsələləri müzakirə ediləcək.

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasında, əsasən, nəqliyyat infrastrukturunda terror aktı təhlükəsinə dair məlumatların mübadiləsi məsələsi müzakirə olunacaq. İclasda, həmçinin, terrorla mübarizədə 2017-2019-cu illər üzrə əməkdaşlıq proqramının layihəsi müzakirəyə olunacaq.

Saytda Axtarış

ახალი ამბები