Dalga Televiziyasi Giorgi Kvirikaşvili: Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3787
DünənDünən4363
Bu həftəBu həftə16879
Bu ayBu ay71779
Bu günə qədərBu günə qədər10343381

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Giorgi Kvirikaşvili: Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

"Dalğa TV" xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan ilə Gürcüstan arasındakı tarixi dostluq münasibətlərindən danışıb. O bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlıq yeni müstəvidə inkişaf edir. Milli Məclisin sədri əlaqələrimizin daha da möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət daşıdığını vurğulayıb. O, bu səfərin də əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

Azərbaycana səfərindən məmnun olduğunu deyən Giorgi Kvirikaşvili dost ölkələrimizin yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb. "Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır", - deyən Baş nazirin müavini ölkəsinin əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Saytda Axtarış

ახალი ამბები