Dalga Televiziyasi Elmar Məmmədyarov Gürcüstan prezidenti ilə görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün489
DünənDünən3048
Bu həftəBu həftə6590
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463189

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Elmar Məmmədyarov Gürcüstan prezidenti ilə görüşüb

altTiflisdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə G. Marqvelaşvili ölkə ərazisindən keçən layihələrin Gürcüstan və Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Gəlişiniz münasibəti ilə sevincimi ifadə etmək istəyirəm və vasitənizlə dostum, qardaşım İlham Əliyevə salamlarımı göndərirəm", - deyə G. Marqvelaşvili qeyd edib.


E. Məmmədyarov isə Gürcüstan prezidentinə təşəkkür edib və ona Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. O qeyd edib ki, Azərbaycanla Gürcüstan qardaş ölkələrdir: “İnanırıq ki, bir-birimizə dəstək verərək həm inkişaf edə bilərik, həm də suverenliyimizi möhkəmləndirə bilərik. Biz Gürcüstanın beynəlxalq aləmdə Azərbaycanı necə dəstəklədiyini görürük. Azərbaycan da beynəlxalq arenada Gürcüstanı dəstəkləyir".

Sonra görüş jurnalistlər üçün qapalı davam edib.

Saytda Axtarış

ახალი ამბები