Dalga Televiziyasi Mançesterdə konsertdə partlayış: Çox sayda ölən var
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1729
DünənDünən3053
Bu həftəBu həftə4782
Bu ayBu ay99750
Bu günə qədərBu günə qədər8461381

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mançesterdə konsertdə partlayış: Çox sayda ölən var

Mayın 22-si axşam saatlarında “Mançester Arena”da keçirilən konsert zamanı partlayış baş verib.

Dalga tv  Report-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri amerikalı müğənni Ariana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və “təcili yardım” avtomobilləri cəlb olunub.

Stadionun yaxınlığında yerləşən “Viktoriya” dəmiryolu vağzalı bağlanıb. Terminal qatarları nə qəbul edir, nə də göndərir.

“NBC News” telekanalının məlumatına görə, stadionda partlayış zamanı ən azı 20 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Polis digər fərziyyələr ortaya çıxana qədər hadisəni terror aktı kimi nəzərdən keçirir.

Saytda Axtarış

Son xəbərlər