Dalga Televiziyasi Yalnız qələbə: Millimiz üçün “ölüm-dirim” oyunu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün395
DünənDünən1595
Bu həftəBu həftə6197
Bu ayBu ay50896
Bu günə qədərBu günə qədər7421370

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yalnız qələbə: Millimiz üçün “ölüm-dirim” oyunu

alt

Bu gün futbol millimiz UEFA Millətlər Liqasının oyununa çıxacaq. Ancaq Kosovo ilə qarşılaşma millimiz üçün ilk Millətlər Liqasında həm də son qarşılaşma ola bilər. 

Belə ki, komandamız heç-heçə etsə və ya məğlub olsa, qrup lideri olmaq şansını əldən vermiş olacağıq. Bununla da Kosovo qrup lideri kimi 2020-ci ildə keçiriləcək D divizionunun yarımfinallarının iştirakçısı olacaq.

Ancaq təbii ki, istənilən qələbə millimizi həm qrup lideri edəcək, həm də komandamıza 2020-ci ildə D liqasının yarımfinalında mübarizə aparmaq, eləcə də həmin divizionun qalibi olmaqla Avropa çempionatına qatılmaq şansı verəcək.

 

Bəs bu görüşdə millimiz Bakıda yenə bilmədiyi, heyəti demək olar ki, Avropa klublarında çıxış edən legionerlərdən ibarət olan Kosovonu yenə bilərmi? Əvvəla onu qeyd edək ki, bu görüşdə əsas qapıçımız Kamran Ağayevin oynamayacağı dəqiqdir. O, Farer Adaları ilə son matçda zədələnərək fasilədə yerini Səlahət Ağayevə verib. Düzdür, Azərbaycan Premyer Liqasının lideri olan "Neftçi"nin qolkiperi o matçda qapısından top buraxmadı. Amma nəzərə alaq ki, Farer Adaları ilə Kosovo yığmalarının səviyyələrində də aşkar fərq var.

Bununla belə, millimizin qələbə qazanması üçün şansları az deyil. Futbol sürprizləri sevirsə, cırtdan millilər güclü rəqiblərindən xal ala bilirsə, millimiz niyə Kosovo üzərində qələbə qazana bilməsin ki?!

Əvvəla onu qeyd edək ki, millimizin Avropa çempionatının seçmə mərhələsi vasitəsilə qitə birinciliyinə vəsiqə qazanacağı inandırıcı görünmür. Nə qədər "Niyə də yox?!" şüarından istifadə edilsə də, bu heyətlə "Niyə də hə?!" olmalıdır ki? Ona görə də bizim düşərgədə yaxşı anlayırlar ki, Avropa çempionatına gedən yol Millətlər Liqasından keçir. Əgər 2020-də dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyimiz güclüdürsə, Kosovonu yenməkdən başqa çarəmiz yoxdur.

Böyük ehtimalla, Qurban Qurbanov daha çox futbolda işlədilən məşhur məsələ görə qalib heyəti dəyişməyəcək. Hər şey isə millimizin irəli xətdə oynayan legionerlərindən – Dmitri Nazarov və Rüfət Dadaşovdan asılı olacaq. Bu iki oyunçunun, xüsusən də pleymeyker qismində çıxış edən Nazarovun meydandakı çıxışı alınsa, istədiyimiz nəticə qeydə alına bilər. Malta Kosovoya 0:5 hesabı ilə uduzsa da, həmin oyun göstərdi ki, bir balaca təzyiqlə rəqib müdafiəsi çaşqın duruma düşə bilir.

Sonda onu da bildirim ki, millimiz 14 minlik stadionda oynayacaq. Gələn son məlumatlara görə, biletlərin hamısı artıq kassalardan alınıb. Bu isə o deməkdir ki, bizim axşam maraqlı, dolu tribunalar önündə gərgin bir qarşılaşma izləmək ehtimalımızı artırır.

 

Saytda Axtarış

Son xəbərlər