Dalga Televiziyasi Gürcüstanın federasiya prezidenti: “Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün216
DünənDünən957
Bu həftəBu həftə9417
Bu ayBu ay47155
Bu günə qədərBu günə qədər7474489

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın federasiya prezidenti: “Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, beynəlxalq kikboksinq yarışlarında Gürcüstan hər zaman Azərbaycan, Azərbaycan isə Gürcüstan idmançılarına azarkeşlik edib: “Gürcüstan və Azərbaycan yaxın qonşu və dost ölkələrdir. Biz Azərbaycan idmançılarının çıxışlarını həmişə maraqla izləyirik və onların peşəkarlıq səviyyəsinin ciddi şəkildə yüksəldiyinin şahidi oluruq”.

Q.Cavaxia qeyd edib ki, Gürcüstan və Azərbaycan artıq dünya səviyyəsində kikboksinq idman növünün inkişaf etdiyi ölkələr kimi tanınır: “İki ölkə arasında kikboksinq idmanı sahəsində sıx əməkdaşlıq var. Bir-birimizə dəstək veririk və idmançılarımızın peşəkarlıq səviyyəsini artırırıq”.

Saytda Axtarış

Son xəbərlər