Dalga Televiziyasi Marneulidə yeni stadion tikiləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2057
DünənDünən2998
Bu həftəBu həftə2057
Bu ayBu ay97025
Bu günə qədərBu günə qədər8458656

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə yeni stadion tikiləcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Marneulidə yeni stadion tikilməyi planlaşdırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə rayon icra hakimiyyətindən bildirilib.

Məlumata görə, stadionun tikilişi ilə bağlı rayon bələdiyyəsi qərar qəbul edib. Tikinti ilə bağlı keçən ilin sentyabr ayından tender elan edilib. Layihəyə əsasən, futbol meydançası FİFA-nın standartlarına uyğun olaraq tikiləcək. Yeni stadion 1500 nəfərdən çox tamaşaçı qəbul edəcək, stadionun ərazisində müxtəlif infrastruktur tikililər, eyni zamanda ikimərtəbəli binanın tikintisi nəzərdə tutulub və həmçinin futbolun gedişini işıqlandırmaq üçün jurnalistlərə istənilən şərait yaradılmağı planlaşdırılıb. Stadionda həmçinin futbol komandalarını gətirən avtomobillər üçün park, işıqlandırma sistemi, monitor və oyunları idarəetmə otağı, masaj və vanna otaqları tikiləcək.

Qeyd edək ki, Marneuli rayon icra hakimiyyəti hazırda stadionun tikintisi üçün donor təşkilatları və investorlarla danışıqlar aparır. Yeni stadionun tikintisinin tender qiyməti 6 395 536 lari təşkil edir.

Saytda Axtarış

Son xəbərlər