Dalga Televiziyasi Bəyin toy günü ölməsi haqda xəbər yalan çıxdı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün347
DünənDünən4808
Bu həftəBu həftə347
Bu ayBu ay18770
Bu günə qədərBu günə qədər10153779

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bəyin toy günü ölməsi haqda xəbər yalan çıxdı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 

Dalga tv “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

***

Bakıda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib.

AzVision.az-a daxil olan məlumata görə, "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Sakinlərin bildirdiyinə görə, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib. 

Hələlik ölən şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

***

Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, sonradan məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb. Hadisədən sonra toy məclisinin davam etdiyi bildirilir.

https://youtu.be/5nHWDhwG4Lw

Saytda Axtarış

ახალი ამბები