Dalga Televiziyasi İspaniyada erməni-gürcü kriminal qruplaşmanın 129 üzvü yaxalanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün684
DünənDünən3819
Bu həftəBu həftə684
Bu ayBu ay55335
Bu günə qədərBu günə qədər9958975

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İspaniyada erməni-gürcü kriminal qruplaşmanın 129 üzvü yaxalanıb

İspaniyada Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ilə birgə həyata keçirilmiş "Kuşi 2" adlı genişmiqyaslı xüsusi əməliyyat zamanı erməni-gürcü kriminal qruplaşmasının 129 üzvü saxlanılıb.


APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN-in nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib. O deyib ki, "İnterpol" və "Avropol"un da cəlb olunduğu xüsusi əməliyyat zamanı cinayətkar qruplaşmaya üzv olan əsasən erməni əsilli 7 "qanuni oğru" da yaxalanıb: "Saxlanılan şəxslər arasında 1971 və 1974-cü il təvəllüdlü etnik gürcü olan iki Gürcüstan vətəndaşı da var".


Erməni-gürcü cinayətkar qruplaşmasının üzvləri narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pul yuma, evlərdən oğurluq, qanunsuz ticarət, tütün qaçaqmalçılığı, qanunsuz silah saxlanması, sənədlərin saxtalaşdırılması, dələduzluq, şantaj və digər bu kimi cinayət əməllərində təqsirli bilinirlər.

Saytda Axtarış

ახალი ამბები