Dalga Televiziyasi AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslər məhkəmədə bir-birini ittiham edib
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün339
DünənDünən898
Bu həftəBu həftə5069
Bu ayBu ay25221
Bu günə qədərBu günə qədər2781163

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslər məhkəmədə bir-birini ittiham edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə şahid qismində Rövşən Eynalov ifadə verib.

O bildirib ki, hadisə ilə bağlı saxlanılan avtomobil Şamaxı Rayon Polis Şöbəsinə gətirilib. Şahid deyib ki, avtomobilin kimə məxsus olduğunu bilməyib.

 

Digər şahid Samux Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Mirzəyev deyib ki, Samuxda Ş. Əkbərovun qızı üçün ev tikilib: "Evin tikilməsi üçün Şücayət Əkbərov sifariş verib. Evin tikintisi üçün materialları Şücayət və Ələddin tərəfindən alınıb. Evin tikintisinə təxminən 80 min manata yaxın pul xərclənib. Evin tikilməsi üçün torpaq sahəsi Şücayət Əkbərovun qızı Cəmiləyə icra başçısı tərəfindən hədiyyə olunub. Həmin mənzil Şücayət Əkbərovun qızı üçün tikilib".

Qismət Abışov bildirib ki, traktor almaq üçün zərərçəkmiş Dəyanət Cəfərov tərəfindən pul ödənilib. Şahid deyib ki, həmin pulla alınan texnikanı şəxsi təsərrüfatı üçün işlədib: "Şücayətin də, mənim də adıma alınan traktorların pulunu Dəyanət Cəfərov verib".

Ş. Əkbərov isə buna etiraz edərək, özünün adına alınan traktorun pulunu ödədiyini deyib.

Şamaxı rayon Mədrəsə kəndinin Bələdiyyə sədri Asim Bayramov ifadəsində deyib ki, özünə məxsus 12 sot torpaq sahəsini Ş. Əkbərova 5 min manata satıb.

Zərərçəkmiş Dəyanət Cəfərov isə qeyd edib ki, həmin kənddə 50 hektar sahəni Ş. Cəfərov ona 80 hektar adı ilə satıb.

Prosesdə təqsirləndirilən Ş. Əkbərovla digər təqsirləndirilən Aqşin Hüseynov arasında mübahisə düşüb, onlar bir-birlərini təhqir ediblər. Buna görə A. Hüseynov zaldan çıxarılıb.

Sonra şahid Habil Bayramov ifadə verib. O deyib ki, özünə məxsus 4 hektar torpaq sahəsini 2 min manata Aqşin Hüseynova satıb.

Daha sonra prosesdə iki şahid dindirilib. Məhkəmə şahidlərin ifadəsində ailə sirri olduğuna görə, prosesin qapalı keçirilməsinə qərar verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Saytda Axtarış

ახალი ამბები