Dalga Televiziyasi Gürcüstanda yeniyetmələrin qətlində təqsirli bilinən şəxslərə hökm oxunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1218
DünənDünən1983
Bu həftəBu həftə8163
Bu ayBu ay45901
Bu günə qədərBu günə qədər7473235

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda yeniyetmələrin qətlində təqsirli bilinən şəxslərə hökm oxunub

Tbilisi şəhər məhkəməsi ötən ilin dekabrında Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrin cinayət işi ilə bağlı hökm çıxarıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qətldə təqsirləndirilənlər 10 il 6 ay və 9 il 9 ay müddətinə azadlıqdan məhrum olunublar. 

10 il 6 ay müddətinə həbs cəzası yeniyetmə David Saralidzenin qətlində təqsirli bilinməyən, lakin digər yeniyetmə Levan Dadunaşvilinin qəsdən qətlində ittiham olunan Q.B. adlı şəxsə, 9 il 9 ay müddətinə həbs cəzası ilə təqsirləndirilən ikinci Q.C. adlı şəxsə verilib.

 


Qeyd edək ki, məhkəmənin David Saralidzenin qətlində təqsirli bilinən şəxsin qismən təqsirli olması barədə dünənki qərarı böyük narazılığa səbəb olub. Baş Prokurorluğun qarşısında keçirilmiş etiraz aksiyasından sonra baş prokuror İrakli Şotadze istefa verib. Aksiya daha sonra baş nazir və hökumətin istefası tələbi ilə Gürcüstan parlamentinin binası qarşısında davam etdirilib. 

Saytda Axtarış

ახალი ამბები