Dalga Televiziyasi Gürcüstanda Azərbaycan dilli məktəbin şagirdləri etiraz aksiyası keçirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1087
DünənDünən355
Bu həftəBu həftə11163
Bu ayBu ay42706
Bu günə qədərBu günə qədər7530923

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Azərbaycan dilli məktəbin şagirdləri etiraz aksiyası keçirib

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların sıx yaşadığı Yormuğanlı kəndində etiraz aksiyası keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd məktəbinin şagirdləri və onların valideynlərinin iştirak etdiyi aksiyada gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurgenidzenin işdən azad edilməsinə etiraz olunub.


T.Qurgenidze Yormuğanlı kəndinin mərkəzində çadır qurub və gürcü dili dərslərini orada keçirməyi planlaşdırır. Müəllimə bir neçə ay öncə şagirdlərdən biri ilə kobud rəftarına görə Saqareco rayonunun Resurs Mərkəzi tərəfindən işdən azad olunub. Kənd məktəbinin şagirdləri və onların valideynləri isə bu ittihamı əsassız hesab edərək, müəllimənin işə bərpa olunmasını tələb edirlər.  Analoji tələblə etiraz aksiyası bu ilin mart ayında da keçirilib.   

Saytda Axtarış

ახალი ამბები