Dalga Televiziyasi Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1288
DünənDünən2692
Bu həftəBu həftə3980
Bu ayBu ay41718
Bu günə qədərBu günə qədər7469052

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib

Gürcüstanda Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yormuğanlı kəndində etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyanın keçirilməsinin səbəbi 9 kənd sakininin otlaq sahələrindən istifadə edə bilməməsidir.

Aksiya iştirakçısı Qəzənfər Məmmədov bildirib ki, vaxtilə 4 minə yaxın ailə təsərrüfatına məxsus 200 hektarlıq otlaq sahələri hazırda "Arik Group" investisiya şirkətinin mülkiyyətindədir: "Şirkət mal-qaranın otlaq sahəsinə buraxılmasına icazə vermir. Mal-qaranı başqa otlaq sahələrinə aparmağa imkanımız yoxdur".

 

Digər aksiya iştirakçısı Alxan Quliyev isə deyib ki, otlaqların olmaması kəndin əsas problemidir: "Kəndin əsas problemləri vaxtında həll olunmalıdır. Məsələ ilə bağlı hökumətə dəfələrlə müraciət etsək də, problemimizə hələ heç kəs diqqət yetirmir".

Kənd sakinləri Saqareco rayon bələdiyyəsindən problemi həll etməyə çağırıb, əks halda kütləvi etiraz aksiyaları davam etdiriləcək.

Rayon rəhbərliyindən investor şirkətlə danışıqların aparıldığı bildirilib. 

Saytda Axtarış

ახალი ამბები