Dalga Televiziyasi Gürcüstanda Xocalı soyqırımının ildönümü ilə bağlı xeyriyyə aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün515
DünənDünən2847
Bu həftəBu həftə515
Bu ayBu ay58676
Bu günə qədərBu günə qədər7486010

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Xocalı soyqırımının ildönümü ilə bağlı xeyriyyə aksiyası keçirilib

Gürcüstanda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində xeyriyyə aksiyası keçirilib. 
 

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Qori rayonunun Tinisxidi kəndində ətraf Tedotsminda və Xidistavi kəndlərinin yerli sakinləri üçün pulsuz tibbi müayinə təşkil olunub. 
 

Xeyriyyə tədbirində Azərbaycan səfiri Dursun Həsənov, Şida Kartli bölgəsinin qubernatoru Kaxa Samxaradze və Qori meri Konstantin Tavzaraşvili iştirak edib. 
 

D. Həsənov gələcəkdə də bu cür xeyriyyə tədbirlərinin təşkil olunacağını bildirib. Şida Kartli qubernatoru bu xeyirxah aksiyaya görə Azərbaycan səfirliyinə təşəkkür edib. O bildirib ki, gələcəkdə də Azərbaycan səfirliyi ilə əməkdaşlıq davam etdiriləcək.
 

Aksiya zamanı Tedosminda kəndinin azərbaycanlı sakinləri də müayinə olunub. Sakinlər "Loğman" tibb mərkəzinin müxtəlif profilli həkimləri tərəfindən müayinə olunub, bəzilərinə müalicə təyin edilib. 

Saytda Axtarış

ახალი ამბები