Dalga Televiziyasi Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Müqəddəs kitabda cinayət törətmək yazılmayıb”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2050
DünənDünən3648
Bu həftəBu həftə12285
Bu ayBu ay69076
Bu günə qədərBu günə qədər8557968

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Müqəddəs kitabda cinayət törətmək yazılmayıb”

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Bu gün Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov və GMİ-nin nümayəndəsi Firdovsi Qasımov "Qafqazda terrorizm təhlükəsi" mövzusunda mətbuat konfransı keçiriblər.

"Dalğa TV"nin xəbərinə görə, Hacı Ramin son vaxtlar İslam adı altında törədilən terror hadisələrindən danışıb. O bildirib ki, terrorçular öz siyasi məqsədlərinə çatmaq üçün İslam adından istifadə edirlər: "Müqəddəs kitabda cinayət törətmək yazılmayıb. Əvvəllər belə cinayətlər olmayıb, yalnız son on illərdə belə hadisələr baş verir. Biz dünyanı sülhə, birliyə, dostluğa və sevgiyə çağırırıq".

F. Qasımov isə İslamın terror dini olmadığını vurğulayıb: "Terrorçular "cihad" kəlməsini işlədirlər, lakin cihad ailə və vətəni müdafiə etmək deməkdir. Bu, silahsız insanlara hücum deyil. Vətəndaşlar və media nümayəndələri bu sözlərə diqqət etməlidir".

Saytda Axtarış

ახალი ამბები