Dalga Televiziyasi SOCAR-ın Kulevi terminalından neft məhsullarının nəqli azalıb
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2251
DünənDünən3396
Bu həftəBu həftə2251
Bu ayBu ay51519
Bu günə qədərBu günə qədər2899960

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-ın Kulevi terminalından neft məhsullarının nəqli azalıb

Bu ilin yanvar-aprel aylarında SOCAR-ın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi Neft Terminalı 0,5 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nəql olunmuş neft və neft məhsullarının həcmində 0,1 mln. ton azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 5 mln. ton yük emal edib. Bu da 2017-cı ilin eyni dövrü ilə müqayisədə 0,6 mln. ton azdır.

 

Bu ilin ilk dörd ayında qonşu ölkənin Poti limanı 2 mln. ton, Batumi limanı 1,1 mln. ton, Supsa neft terminalı isə 1,4 mln. ton yük emal edib.

Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 133 169 ədəd təşkil edib. Bu da 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 18 188 konteyner çoxdur.

Saytda Axtarış

ახალი ამბები