Dalga Televiziyasi "SOCAR Georgia Gas” kommersiya baxımından daha səmərəli layihələri nəzərdən keçirir
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün340
DünənDünən898
Bu həftəBu həftə5070
Bu ayBu ay25222
Bu günə qədərBu günə qədər2781164

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"SOCAR Georgia Gas” kommersiya baxımından daha səmərəli layihələri nəzərdən keçirir

"SOCAR Georgia Gas" şirkətinin direktoru Azər Məmmədovun APA-ya müsahibəsi:

- Azər müəllim, "SOCAR Georgia Gas"ın 2017-ci il üzrə fəaliyyətinin nəticələrini necə qiymətləndirirsiniz?

- 2017-ci il "SOCAR Georgia Gas" şirkəti üçün növbəti uğurlu bir il kimi yadda qaldı. Bildiyiniz kimi, 2008 və 2014-cü illərdə SOCAR şirkəti ilə Gürcüstan hökuməti arasında imzalanmış müqavilələrə əsasən, şirkətimiz tərəfindən 2017-ci ilin sonuna kimi 250 min abunəçi üçün yeni qaz şəbəkəsinin tikilməsi planlaşdırılmışdı. 2017-ci ilin dekabrın 10-da biz bu planı müvəffəqiyyətlə tamamladıq. Müstəqil auditor tərəfindən hazırlanmış və müqavilənin tərəfi olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən təsdiqlənmiş hesabata əsasən, abunəçilərin sayı 300 min ətrafında oldu. Başqa sözlə, planı artıqlaması ilə yerinə yetirdik.

 

2017-ci ili əlamətdar edən daha bir hadisə şirkətimizin 10 yaşının tamam olması idi və biz çox şadıq ki, bu illər ərzində qonşu ölkə Gürcüstanda “SOCAR Georgia Gas”ın gəlirləri davamlı olaraq müsbət dinamika ilə artıb və şirkətimiz əsas iqtisadi göstəricilər üzrə bazarın liderləri sırasında yer alıb.

- Ötən il "SOCAR Georgia Gas"ın qaz satışının həcmi nə qədər olub və  şirkətin abunəçi bazası necə formalaşıb?

- 2017-ci ildə "SOCAR Georgia Gas" ümumilikdə 1 mlrd. 300 mln. kub metr qaz satıb. Bu göstərici 2016-cı illə müqayisədə 10% daha çoxdur. Gürcüstan bazarında reallaşdırılan təbii qaz əsasən üçüncü tərəflərdən, o cümlədən beynəlxalq konsorsiumlardan əldə edilir, bununla da şirkət ölkəmizə əlavə gəlir qazandırır. SOCAR üçün Azərbaycan bazarı mütləq prioritet olduğuna görə, SOCAR-ın birbaşa öz imkanları ilə hasil etdiyi təbii qazı isə bütövlüklə Azərbaycan bazarına yönləndirilir.

  Abunəçi bazasına gəlincə, bildirməliyik ki, şirkətimiz əsasən Gürcüstanın bölgələrində fəaliyyət göstərir. 2008-ci ildə şirkətin 78 min abunəçisi vardısa, bu günə olan məlumata əsasən, abunəçilərin sayı 620 min təşkil edir. Onların 21 mini kommersiya, yerdə qalanı isə fiziki şəxslərdir. Yalnız 2017-ci il ərzində 60 mindən çox yeni abunəçi qaz şəbəkəsinə qoşulub. Bu temp davam edərsə, yəni ildə 50-60 min abunəçi şəbəkəyə qoşularsa, 2 il sonra ümumi abunəçilərimizin sayı 750 min ətrafında olacaq. Bu da 2008-ci illə müqayisədə şirkətin abunəçi bazası və qaz satışı həcminin 10 dəfə artması deməkdir.   

- Gürcüstan hökuməti ilə şirkət arasında yeni müqavilənin imzalanacağı nəzərdə tutulurmu?

- Qeyd etdiyim kimi, biz ötən il investisiya planımızı müvəffəqiyyətlə başa vurmuşuq və yeni müqavilənin imzalanması nəzərdə tutulmur. Ümumiyyətlə, 10 il öncə Gürcüstanda qaz şəbəkələri yaxşı vəziyyətdə deyildi, regionlar qazlaşdırılmamışdı və 2008-ci ildə ümumi respublika üzrə ev təsərrüfatlarının heç yarısı belə qaz şəbəkəsinə qoşulmamışdı. Həyata keçirilən layihələr sayəsində qazlaşma səviyyəsi hazırda 74%-ə çatdırılıb. Şirkətin əldə etdiyi bu nailiyyətlər Gürcüstan dövləti və əhalisi, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən çox yüksək qiymətləndirilir. Müqayisə üçün, Fransa, İspaniya, Avstriya, bir sıra digər Avropa ölkələrində qazlaşdırma səviyyəsi bundan daha aşağıdır. Region ölkələri arasında yalnız Azərbaycanda qazlaşdırma səviyyəsi Gürcüstandakı göstəricini ciddi üstələyir və hazırda artıq 94% təşkil edir.

- Şirkətin Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgə və kəndlərin qazlaşdırılmasında iştirakı necədir?

- Şirkətin Gürcüstan hökuməti ilə məlum investisiya müqaviləsi üzrə qazlaşdırdığı bölgə və kəndlərin siyahısı Gürcüstanın keçmiş Energetika Nazirliyi tərəfindən təqdim olunurdu. Gürcüstanda azərbaycanlıların yaşadığı bəzi kəndlərin sakinlərindən qazlaşdırma ilə bağlı bizə müraciətlər daxil olurdu və Energetika Nazirliyində baxılırdı. Daha sonra həmin kəndlər qazlaşdırma siyahısına salınırdısa, biz Energetika Nazirliyinin sifarişi əsasında onu tikinti planına daxil edə bilirdik. Lakin buna baxmayaraq, bizdə olan statistik məlumata əsasən, Gürcüstanda azərbaycanlıların yaşadığı  kəndlərin böyük əksəriyyəti artıq qazlaşdırılıb. Qazlaşdırmada “SOCAR Georgia Gas” şirkəti ilə yanaşı digər şirkətlər də iştirak edib.

   Əməliyyatlarımızı Gürcüstan hökumətinin müəyyən etdiyi çərçivələrdə həyata keçirsək də, biz burada yaşayan soydaşlarımıza dəstək verməyə çalışırıq. SOCAR-ın Gürcüstanda həyata keçirdiyi bir sıra sosial məsuliyyət layihələri  soydaşlarımızın inkişafına yönləndirilir. Gürcüstanda yaşayan Azərbaycanlılara kənd təsərrüfatı texnikanın hədiyyə edilməsindən tutmuş, Azərbaycanlı tələbələrə təqaüdlərin verilməsinə qədər müxtəlif layihələrimiz bu ölkədə yaşayan soydaşlarımızın inkişafına xidmət edir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun ev muzeylərinin bərpası və mədəniyyət sahəsində SOCAR tərəfindən həyata keçirilmiş digər işlər Azərbaycanın tarixi və mədəni irsinin Gürcüstanda təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

- Şirkət 2018-ci ildə hansı işləri görmək niyyətindədir? Bu il üçün tədbirlər planınız nədən ibarətdir?

- Bu yaxınlarda Xoni bələdiyyəsində 2017-ci ildə tikilmiş yeni qazpaylayıcı şəbəkə istismara verildi. Şəbəkə sayəsində 3 kəndin əhalisi təbii qazla təmin olunub. Gürcüstanda investisiya planımızı yerinə yetirdiyimizə görə hazırda kommersiya baxımından daha səmərəli olan layihələri nəzərdən keçiririk və yeni layihələrin tikinti planının təsdiq olunması iyun ayına planlaşdırılır. Eyni zamanda, Gürcüstanda yeni qaz şəbəkələrinin tikilməsi ilə bağlı yeni dövlət layihələri var. Bu layihələr arasında şirkətimiz və ölkəmiz üçün səmərəlisi olacağı təqdirdə, həmin layihələrdə iştirakımız istisna olunmur.

Saytda Axtarış

ახალი ამბები