Dalga Televiziyasi Gürcüstana avtomobillə daxil olan əcnəbilərdən sığorta tələb olunacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1329
DünənDünən2650
Bu həftəBu həftə11014
Bu ayBu ay8292
Bu günə qədərBu günə qədər7496509

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstana avtomobillə daxil olan əcnəbilərdən sığorta tələb olunacaq

Mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, qüvvəyə minəcək yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür.
 

Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. 15 günlük sığorta paketinin qiyməti 3,5 tona qədər çəkisi olan minik avtomobili üçün 30 lari (12 dollar), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir.  
 

Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edərsə, motosikl, minik avtomobili, kənd təsərrüfatı texnikası üçün 100 lari, avtobus və yük maşınları üçün isə 200 lari məbləğində cərimələnəcək. 

Saytda Axtarış

ახალი ამბები