Dalga Televiziyasi SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün499
DünənDünən2650
Bu həftəBu həftə10184
Bu ayBu ay7462
Bu günə qədərBu günə qədər7495679

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır

 “SOCAR Ukraine” Ticarət Evi Ukraynaya aylıq qaz təchizatının həcmini mart ayındakı 4,5 mln. kubmetrdən iyunda 50 mln. kubmetrə qədər artırıb.

Bu barədə “Report”un Ukrayna bürosuna şirkətin mətbuat xidmətindən bildirilib.

“SOCAR Ukraine” şirkətindən qeyd edilib ki, şirkət Ukraynada qaz təchizatına bu ilin mart ayının sonunda başlayıb. Tədarük Polşa, Macarıstan və Rumıniya sərhədlərindən həyata keçirilir. Təchizatın başlanmasından şirkət təxminən 95 mln. kubmetr təbii qaz idxal edib.

“SOCAR Ukraine” aylıq təchizatın həcmini 100 mln. kubmetrə qədər artırmağı və Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır.

Saytda Axtarış

ახალი ამბები