Dalga Televiziyasi SOCAR rəhbəri Türkmənistan prezidenti ilə enerji məsələlərini müzakirə edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2721
DünənDünən3048
Bu həftəBu həftə8822
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465421

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR rəhbəri Türkmənistan prezidenti ilə enerji məsələlərini müzakirə edib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Aşqabad şəhərində keçirilən XX Beynəlxalq "Neft və Qaz Türkmənistan-2015" sərgi və konfransında iştirak üçün bu ölkəyə səfər edib.


"Dalğa TV" Türkmənistan hökumətinə istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb.
Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən yanacaq-energetika sektorunda qarşılıqlı faydalı layihələrin reallaşdırılmasının perspektivləri müzakirə olunub.
Vurğulanıb ki, güclü enerji potensialı olan Azərbyacan və Türkmənistan karbohidrogen ehtiyatlarından istifadə istiqamətində effektiv addımlar atır.
İki qonşu dövlətin bu sahədə səylərinin birləşdirilməsi hazırkı dövrün vacib məsələləri, Avropa və Asiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal davamlı inkişaf üçün şəraitin yaradılması kimi ən aktual problemlərin həlli üçün əlverişli zəmin yaradır.

Saytda Axtarış

ახალი ამბები