Dalga Televiziyasi Şota Rexviaşvili: Biz, Gürcüstan vətəndaşları Heydər Əliyevin əziz xatirəsini hər zaman anırıq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün966
DünənDünən634
Bu həftəBu həftə7402
Bu ayBu ay52101
Bu günə qədərBu günə qədər7422575

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Şota Rexviaşvili: Biz, Gürcüstan vətəndaşları Heydər Əliyevin əziz xatirəsini hər zaman anırıq

alt

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi Gürcüstan xalqı üçün də əzizdir. Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib və biz bunu unutmuruq.

Bu sözləri jurnalistlərə açıqlamasında Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili söyləyib. 

Qubernator deyib ki, dahi şəxsiyyət olan Heydər Əliyev Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında mühüm rol oynayıb: “Heydər Əliyevin Gürcüstanın inkişafında da danılmaz xidmətləri olub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə çox mühüm regional layihələr həyata keçirilib. Bu layihələrdə Azərbaycan və Gürcüstan birgə iştirakı edirlər. Böyük İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi iri layihələr Gürcüstanın suverenliyinin möhkəmlənməsinə xidmət edib. Biz, Gürcüstan vətəndaşları Heydər Əliyevin əziz xatirəsini hər zaman anırıq və ona təşəkkür edirik”. Qubernator Gürcüstan və Azərbaycan arasında mövcud əlaqələrin bu gün də uğurla inkişaf etdiyini və daha da genişləndiyini vurğulayıb. O, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq arzu edib.

Saytda Axtarış

ახალი ამბები