Dalga Televiziyasi Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turunda ölkə üzrə 3637 məntəqə yaradılacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün757
DünənDünən634
Bu həftəBu həftə7193
Bu ayBu ay51892
Bu günə qədərBu günə qədər7422366

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turunda ölkə üzrə 3637 məntəqə yaradılacaq

alt

Gürcüstanda prezident seçkilərinin ikinci turunda ölkə üzrə 73 dairə seçki komissiyası fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib.

Onun sözlərinə görə, dairə seçki komissiyalarının nəzdində 3637 məntəqə yaradılacaq. İstisna hallarda daha 11 məntəqə yaradıla bilər. MSK sədrinin sözlərinə görə, Gürcüstanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində 57 seçki məntəqəsi yaradılacaq.

Ölkə üzrə seçici siyahılarında 3 milyon 504 min 82 nəfərin adı var. Xarici ölkələrdəki konsulluq şöbələrində isə 14 min 795 nəfər qeydiyyatdan keçib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28–də keçiriləcək.

Oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin vahid namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıb.

İkinci turda mübarizə məhz bu iki namizəd arasında olacaq.

Gürcüstan qanunvericiliyinə görə, ikinci turda adi səs çoxluğu ilə qalib gələn namizəd ölkənin 5-ci prezidenti seçiləcək.

Saytda Axtarış

ახალი ამბები