Dalga Televiziyasi Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2786
DünənDünən2998
Bu həftəBu həftə2786
Bu ayBu ay97754
Bu günə qədərBu günə qədər8459385

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

Gürcüstanın Mərkəzi Seçki Komissiyası(MSK) prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi açacaq.

Bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, xarici ölkələrdə seçki məntəqələri sentyabrın 28-dən gec olmayaraq yaradılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

A.Mikeladze xaricdə olan Gürcüstan vətəndaşlarının prezident seçkisi üzrə səsvermədə iştirak qaydalarını da açıqlayıb: “Seçki hüququna malik Gürcüstan vətəndaşları xarici ölkədə səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatı və ya ünvan qeydiyyatında olmalıdırlar. Qeydiyyatı olmayan vətəndaşlar oktyabrın 7-nə qədər müvafiq diplomatik nümayəndəlik və ya konsulluq idarələrində qeydiyyatdan keçməlidirlər”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb, 6 nəfərin isə namizəd kimi qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Saytda Axtarış

ახალი ამბები