Dalga Televiziyasi Gürcüstanda üç nazirlik ləğv olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün283
DünənDünən1299
Bu həftəBu həftə8527
Bu ayBu ay46265
Bu günə qədərBu günə qədər7473599

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda üç nazirlik ləğv olunub

Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin yeni strukturunu təqdim edib.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan hökumətində 10 nazirlik və 1 dövlət naziri aparatı olacaq. 


Yeni struktura əsasən Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi Ədliyyə Nazirliyinə birləşdirilir. Qaçqınların İşi və Yerləşdirilməsi üzrə Nazirlik ləğv olunaraq səlahiyyətləri 3 dövlət qurumu arasında bölüşdürüləcək.  Dini Məsələlər üzrə Dövlət Agentliyi isə Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin aparatına birləşdiriləcək. 
 

Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi və 14 nazirlikdən ibarət müvəqqəti hökumət iyunun 20-dən fəaliyyət göstərir. Hökumətin yeni strukturu bu yaxınlarda etimad göstərilməsi üçün parlamentə təqdim olunacaq. 

Saytda Axtarış

ახალი ამბები