Dalga Televiziyasi Fuad Muradov Gürcüstanın dövlət naziri ilə görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün280
DünənDünən859
Bu həftəBu həftə2627
Bu ayBu ay51323
Bu günə qədərBu günə qədər7478657

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Fuad Muradov Gürcüstanın dövlət naziri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, K. Tsixelaşvili görüşdə Gürcüstanda yaşayan etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqram və layihələri barədə məlumat verib.

Dövlət naziri Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində milli azlıqlar üçün dövlət proqramları barədə məlumatlandırma kampaniyasına başlandığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı ilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Saytda Axtarış

ახალი ამბები