Dalga Televiziyasi Gürcüstan prezidenti və baş naziri Azərbaycanın dövlət başçısına başsağlığı verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1644
DünənDünən634
Bu həftəBu həftə8080
Bu ayBu ay52779
Bu günə qədərBu günə qədər7423253

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan prezidenti və baş naziri Azərbaycanın dövlət başçısına başsağlığı verib

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar aldığım xəbər məni dərindən kədərləndirdi. Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Zati-aliləri, vəfat edənlərin ailələrinə mənim başsağlığımı, xəsarət alanlara isə tez sağalmaları diləklərimi çatdırmağınızı xahiş edirəm. Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz".

 

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də İ. Əliyevə başsağlığı verib: "Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik".

Saytda Axtarış

ახალი ამბები