Dalga Televiziyasi Nazir: “Azərbaycan-İran-Türkiyə-Gürcüstan XİN rəhbərlərinin görüşü regional əməkdaşlığın inkişafına təkan verəcək yeni formatdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün398
DünənDünən415
Bu həftəBu həftə813
Bu ayBu ay49509
Bu günə qədərBu günə qədər7476843

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nazir: “Azərbaycan-İran-Türkiyə-Gürcüstan XİN rəhbərlərinin görüşü regional əməkdaşlığın inkişafına təkan verəcək yeni formatdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə E. Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib.

İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən nazir ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.
 

 

E. Məmmədyarov martın 15-də Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən bəhs edərək, bu görüşün ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək yeni format olduğunu bildirib. 
 

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən L. İzoria Azərbaycan prezidenti İlham Əliyevlə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb.
 

Görüşdə Azərbaycan və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülh və sabitliyin təmin olunmasına, xüsusilə ölkələrimizin iştirakı ilə reallaşan iri-miqyaslı nəqliyyat və enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirilib.

Saytda Axtarış

ახალი ამბები