Dalga Televiziyasi İzoria: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyi möhkəmləndirən amildir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1700
DünənDünən2692
Bu həftəBu həftə4392
Bu ayBu ay42130
Bu günə qədərBu günə qədər7469464

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İzoria: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyi möhkəmləndirən amildir”

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Gürcüstan müdafiə naziri Levan İzorianı qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirib, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb və L. İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

L. İzoria isə Gürcüstan xalqının Azərbaycanın dövlət başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. L. İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirib, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirib.

 

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlət başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev, öz növbəsində, ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

https://youtu.be/uIFG3vjE4rA

Saytda Axtarış

ახალი ამბები