Dalga Televiziyasi Appaturay: "NATO Gürcüstanı dəstəkləməkdə davam edəcək"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1190
DünənDünən3053
Bu həftəBu həftə4243
Bu ayBu ay99211
Bu günə qədərBu günə qədər8460842

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Appaturay: "NATO Gürcüstanı dəstəkləməkdə davam edəcək"

“Gürcüstanın Müdafiə Nazirliyinin həyata keçirdiyi fundamental islahatlar çox uğurludur”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşdə deyib. O bildirib ki, NATOGürcüstanda islahatlar prosesini dəstəkləmək üçün səylərini əsirgəməyəcək: “NATO və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətləri var. Biz NATO-ya üzv ölkələrin nazirlərinin görüşünü və gələn il NATO sammitini gözləyirik. Bunların hamısı Gürcüstanın NATO-ya inteqrasiyasında irəliləyişə nail olmağa kömək edəcək”.

L. İzoriya öz növbəsində NATO-nun xüsusi nümayəndəsini Gürcüstana avroatlantik inteqrasiya istiqamətində göstərdiyi böyük dəstəyə görə təşəkkür edərək qeyd edib ki, Gürcüstan alyansın strateji tərəfdaşı olaraq təhlükəsizliyin təmin olunması üzrə səyləri davam etdirir. 

Saytda Axtarış

ახალი ამბები