Dalga Televiziyasi Azərbaycanlılar Praqada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün242
DünənDünən3687
Bu həftəBu həftə242
Bu ayBu ay3929
Bu günə qədərBu günə qədər10543322

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanlılar Praqada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirdi

İyulun 14-də Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnən erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilib.

Dalga tv bu barədə Trend-ə istinadla xəbər verir.

Çexiyanın yerli hüquq-muhafizə orqanları tərəfindən sözügedən aksiya ilə əlaqədar, Çexiyadakı Ermənistan səfirliyini öncədən məlumatlandırılması səbəbindən, qarşı tərəf buna hazırlıqlı olub, azərbaycanlılar tərəfindən keçirilən etiraz aksiyası zamanı Ermənistan Səfirliyi də öz ərazisində təxribat xarakterli nümayişlər edibdir.

Bu təxribat azərbaycanlılar tərəfindən qəti pislənərək, ona etiraz edilib.

Saytda Axtarış

ახალი ამბები