Dalga Televiziyasi “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası parlamentin sədri vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2901
DünənDünən3331
Bu həftəBu həftə12333
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468932

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Gürcü arzusu-demokratik Gürcüstan” partiyası parlamentin sədri vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası yeni parlamentin sədri vəzifəsində bu siyasi qurumun icra katibi İrakli Kobaxidzeni görmək istəyir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidzenin namizədliyi “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası Siyasi Şurasının noyabrın 6-da keçirilən iclasında irəli sürülüb.

İclasda oktyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələri, parlament sədri və sədr müavinləri vəzifələrinə namizədlər və digər məsələlər müzakirə olunub.

Hakim partiyanın üzvü, parlamentin deputatı Mahir Dərziyev “Report”a müsahibəsində deyib: “Siyasi şuranın iclasından sonra partiyanın sədri, baş nazir Georgi Kvirikaşvili, partiyanın baş katibi Kaxa Kaladze və icra katibi İrakli Kobaxidze partiyanın parlamentdəki çoxluq fraksiyasının üzvləri ilə görüşüblər. Görüşdə siyasi şurada müzakirə olunan məsələlərə baxılıb və bəzi məsələlər razılaşdırılıb”.

M.Dərziyevin sözlərinə görə, partiya üzvləri parlamentin sədri vəzifəsinə icra katibi İrakli Kobaxidzenin namizədliyini irəli sürüblər.

Parlament sədrinin birinci müavini postuna Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sabiq sədri Tamara Çuqoşvlinin, sədrinin müavinləri postuna isə Giya Volskiy və Zviad Dzidziqurinin namizədlikləri irəli sürülüb.

Siyasi şuranın iclasında parlamentin komitə sədrləri və sədr müavinlərinin də namizədlikləri müzakirə olunub, tövsiyələr irəli sürülüb. Çoxluq fraksiyası komitə sədrləri və sədr müavinləri postuna irəli sürülmüş namizədlərə münasibət bildirib.

M.Dərziyev bildirib ki, siyasi şuranın və çoxluq fraksiyasının qərarları parlamentin ilk iclasında müzakirə olunaraq təsdiq ediləcək. İlk iclas isə noyabrın 19-dək keçiriləcək.

Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçirilib. Bəzi dairələrdə seçkilərin nəticələri ləğv olunduğundan, 73 majoritar dairənin 50-də namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından oktyabrın 22-də təkrar seçkilər, oktyabrın 30-da isə majoritar dairələrdə səsvermələrin ikinci turu keçirilib.

Hakim partiya proporsional və majoritar dairələrdə parlamentdəki 150 yerdən 115-i əldə edərək mütləq çoxluğa sahib olub.

Saytda Axtarış

ახალი ამბები