Dalga Televiziyasi Yerevanda polis etiraz aksiyasını güc tətbiq edərək dağıdıb: 48 nəfər saxlanılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün349
DünənDünən3331
Bu həftəBu həftə9781
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466380

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yerevanda polis etiraz aksiyasını güc tətbiq edərək dağıdıb: 48 nəfər saxlanılıb

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası iştirakçıları ilə polis arasında gərginlik artıb.

"Dalğa TV" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər nümayişin davam etdiyi əraziyə xeyli sayda polis qüvvələri yeridilib.

Erməni polisi Baqramyan prospektindəki etirazçılara güc tətbiq edərək ərazini "təmizləyib". Aksiyanı dağıdmaq üçün bu dəfə su şırnağından istifadə edilməyib.

Polis məntəqələrinə aparılan vətəndaşların sayının 48 olduğu bildirilir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Saytda Axtarış

ახალი ამბები