Dalga Televiziyasi Ərdoğan məşhur nəşrin onun haqqında yazdıqlarına ƏSƏBİLƏŞDİ: “Həddini bil!”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün65
DünənDünən3331
Bu həftəBu həftə9497
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466096

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğan məşhur nəşrin onun haqqında yazdıqlarına ƏSƏBİLƏŞDİ: “Həddini bil!”

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sənaye, İqtisadiyyat və Toplum Araşdırmaları Fondu (SETA) tərəfindən təşkil edilən prezidentlik sistemi panelinde çıxışı zamanı ABŞ-ın dünyaca məşhur “New York Times” qəzetini sərt dillə tənqid edib.
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə Rəcəb Tayyib Ərdoğan sözügedən nəşrdə onun haqqında yazılanlara münasibət bildirib.
Prezident deyib ki, adıçəkilən qəzet nə vaxtsa, ABŞ rəhbərliyi haqqında heç bir tənqidi fikir söyləmir:
“Bu qəzet etikadan kənar bir şəkildə “Ərdoğan Türkiyəsində elə olur, belə olur” yazır. Adətən Amerikaya, başqa güclərə bir təlimat verirlər. Sən bir qəzetsən, buna görə də həddini bilməlisən. Ərdoğanın Türkiyəsində guya təzyiqlər var və bu təzyiqlərə qarşı ABŞ və onun bunun müdaxiləsini istəyirlər.

Sən bunu yazmaqla Türkiyəyə müdaxilə edirsən. Sən kimsən? Öncə həddini bil! Görəsən sən bunu Amerika rəhbərliyinə qarşı edə bilərsən? Elə anındaca sənə qarşı lazım tədbir görərlər”,-deyə Ərdoğan bildirib.

Saytda Axtarış

ახალი ამბები