Dalga Televiziyasi Gürcüstan Milli Bankı “Azərbaycan Beynəlxalq Bankı” törəmə qurumunun ləğvinin başa çatdığını açıqlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün323
DünənDünən1556
Bu həftəBu həftə1879
Bu ayBu ay48478
Bu günə qədərBu günə qədər5047027

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Milli Bankı “Azərbaycan Beynəlxalq Bankı” törəmə qurumunun ləğvinin başa çatdığını açıqlayıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Gürcüstan Milli Bankı (GMB) “Azərbaycan Beynəlxalq Bankı” törəmə qurumunun ləğvinin başa çatdığını açıqlayıb və onun qeyri-bank fəaliyyəti ilə məşğul olan cəmiyyətə çevrilməsinə razılıq verib. 

GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamına əsasən, GMB-da açılmış bankın ləğvolunma hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır. 

Sərəncam müvafiq tədbirlər görülməsi üçün yanvarın 8-də sahibkarlıq və qeyri-sahibkarlıq subyekti olan hüquqi şəxslərin reyestrinə daxil ediləcək. 

Qeyd edək ki, bank ləğvolunma prosesinə müstəqil şəkildə başlayıb və portfelin 100 000 lariyədək (təqribən 65 000 dollar) azalmasından sonra GMB-ya müraciət edib. Hesablarda, həmçinin müştərilərin tələb etmədiyi vəsaitlər qalıb. 

GMB tərəfindən ləğvedici təyin olunanadək onlar satılan portfelin icraçısını özləri seçib və bu müddətədək səhmdarların əsas öhdəliklərini bağlayıblar.

Saytda Axtarış

Son xəbərlər