Dalga Televiziyasi Gürcüstan parlamentinin komitə sədri: "Marneulidə vəziyyət süni şəkildə gərginləşdirilir"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4076
DünənDünən4486
Bu həftəBu həftə12805
Bu ayBu ay67705
Bu günə qədərBu günə qədər10339307

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamentinin komitə sədri: "Marneulidə vəziyyət süni şəkildə gərginləşdirilir"

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda səsvermə prosesi zamanı gərginlik yaşanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun 58 saylı seçki məntəqəsində müxalif “Avropalı Gürcüstan” partiyası fəalının hakim “Gürcü Arzusu” Partiyasının nümayəndələri tərəfindən fiziki təzyiqə məruz qaldığı bildirilir.

Hadisə ilə bağlı “Avropalı Gürcüstan” partiyasının liderlərindən olan Giqa Bokeriya Marneuliyə səfər edib. O, faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacağını bildirib.

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitə sədri Eka Beseliya da Marneulidədir. Onun sözlərinə görə, rayonda vəziyyət süni olaraq gərginləşdirilir. 

E.Beseliya müxalifəti seçicilərin səsvermə prosesində sakit mühitdə iştirak etməsinə şərait yaratmağa çağırıb.

Saytda Axtarış

ახალი ამბები