Dalga Televiziyasi Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bələdiyyə seçkiləri vaxtında başlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1684
DünənDünən3053
Bu həftəBu həftə4737
Bu ayBu ay99705
Bu günə qədərBu günə qədər8461336

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bələdiyyə seçkiləri vaxtında başlayıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə bələdiyyə seçkiləri vaxtında başlayıb və sakit keçir.

Dalga tv Reporta istinadən xəbər verir ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndindəki N.Nərimanov adına ictimai məktəbdəki 48 saylı seçki məntəqədə səsvermə seçici fəallığı ilə başlayıb.

Qeyd edək ki, oktyabrın 19-da axşam saatlarında naməlum şəxslər Qızılhacılı kəndindəki seçki qərargahının önündə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar qaydada namizədliyi irəli sürülən Ceyhun Çoydarova odlu silahdan atəş açaraq onu ağır yaralamışdılar. Onun dostları Anar Məmişov, Vüqar Bayramov, Elmar Hüseynov və C.Çoydarovun qaynatası Azad Çoydarov da güllə yarası almışdılar.

C.Çoydarovun yaxın dostu Ayaz Məmmədov “Report”a açıqlamasında deyib ki, bələdiyyə üzvülüyünə namizəd C.Çoydarovun vəziyyəti normaldır. Bu gün səhər həkimlər onu müayinə ediblər və vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər: “Həkimlərin bu xəbəri kənd əhalisinin də sevincinə səbəb olub. Seçicilər məntəqəyə gələrək böyük sevinc və fərəhlə öz layiqli namizədlərinə səs verirlər”, - deyə A.Məmmədov vurğulayıb.

 

Saytda Axtarış

ახალი ამბები