Dalga Televiziyasi Azərbaycanın "Eurovision" təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1229
DünənDünən634
Bu həftəBu həftə7665
Bu ayBu ay52364
Bu günə qədərBu günə qədər7422838

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanın "Eurovision" təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva sabah “Skeletons" mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.

APA-nın məlumatına görə, birinci və ikinci yarımfinalların hər birində müvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb. 

Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə 23:38-də gözlənilir.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq..  

Saytda Axtarış

Son xəbərlər