Dalga Televiziyasi Ukraynada azərbaycanlı iş adamının restoranı partladılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2547
DünənDünən3331
Bu həftəBu həftə11979
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468578

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ukraynada azərbaycanlı iş adamının restoranı partladılıb

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.

Saytda Axtarış

ახალი ამბები