Dalga Televiziyasi Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında azərbaycanlı girovlara azadlıq tələbi ilə aksiya keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3281
DünənDünən5197
Bu həftəBu həftə8478
Bu ayBu ay17731
Bu günə qədərBu günə qədər9030638

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında azərbaycanlı girovlara azadlıq tələbi ilə aksiya keçirilib

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

“Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.

Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.

Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.

Saytda Axtarış

ახალი ამბები