Gürcüstan əhalisi Azərbaycanı dost ölkələrdən biri sayır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan Rusiyanı əsas düşmən, ABŞ-ı isə əsas dost sayır. 
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə  Qafqaz Tədqiqat Resurs Mərkəzinin (CRRC - Georgia) "Qafqaz barometri 2017" sorğusunun nəticələrində deyilir. 


Sorğuya əsasən rəyi soruşulanların 25%-i ABŞ-ı, 7%-i Azərbaycanı, 7%-i Ukraynanı, 6%-i Türkiyəni, 6%-i isə Rusiyanı əsas dost ölkə hesab edir. Respondentlərin 17%-i heç bir dövləti dost saymır. Rəyi soruşulanların 25%-i cavab verməkdə çətinlik çəkib.

 
Əsas düşmən ölkəyə gəlincə, rəyi soruşulanların 40%-i Rusiyanın, 3%-i Türkiyənin adını çəkib, 21%-i "heç bir ölkə" deyə cavab verib. Respondentlərin 30%-i sualı cavablandıra bilməyib.

 

Qeyd edək ki, sorğu ötən ilin 23 sentyabr-10 oktyabr tarixində keçirilib. Sorğuda 2 379 respondent iştirak edib.