Prezident Administrasiyasının əməkdaşı işdən qovuldu

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Avqustun 13-də Bakıda Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə dövlətlərarası sənədlərin imzalanması mərasimi zamanı qeyri-adi və xoşagəlməz hadisə baş verib.

Bu hadisə Azərbaycan Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşının günahı ucbatından yaşanıb.

Belə ki, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı dövlətlərarası sənədləri imzalayan rəsmi şəxslərin adlarını elan edərkən çaşıb. Nəticədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adını düzgün tələffüz etməyib. Bu çaşqınlıq nəticəsində Sergey Lavrovun adı Azərbaycan dilində senzuradakənar şəkildə, təhqiramiz formada səslənib.