Ankarada terrorun ikinci “canlı bomba”sının kimliyi bəlli oldu
Canlı bomba Özügür Ünsalın Zonquldaqda qeydiyyatda olduğu və uzun müddətdir ki, Ankarada yaşadığı müəyyən edilib.
"Dalğa TV" milliyet.com-a istinadən xəbər verir ki, Ankarada həyata keçirilən terror aktının ikinci canlı bombası olduğu iddia edilən Özgür Ünsal əslində Zonquldaqda qeydiyyatda olduğu aşkar edilib.
Ünsal qulağında çirk yığıldığı səbəbi ilə 2008-ci ilin avqust ayının 10-da Zonquldak Atatürk Dövlət xəstəxanasında təcili yardıma müraciət etdiyi üzə çıxıb.
Özgür Ünsalın anası G.Ünsal və atası A.S.Ünsalın ayrıldıqları, özünü isə Ankarada Çankayada yaşadığı bildirilib. 26 yaşlı Ünsal 2008-ci ildə də yaşadığı ünvan kimi Çankayanı göstərib.