Almaniya - Hollandiya oyunu ləğv olundu - Terror həyəcanı (Foto)

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Almaniya və Niderland arasında baş tutmalı olan yoldaşlıq oyunu ləğv olunub.

"Dalğa TV" qafqazinfo-ya istinadən xəbər verir ki, oyun Hannovarda keçirilməli idi. Bir neçə saat əvvəl Qərb mətbuatı oyunun keçiriləcəyi stadionda naməlum çamadan tapıldığını yazıb. Bununla bağlı araşdırmalara başlanılıb, amma həmin qutudan hər hansı təhlükəli partlayıcının tapılıb-tapılmadığı məlum deyil. Polis qüvvələri stadiona bütün giriş-çıxışları bağlayıblar.

Oyunun hansı günə qədər təxirə salınacağı da açıqlanmır.

Digər bir versiyaya görə isə, matç sadəcə olaraq Parisdə baş vermiş terror hadisəsindən sonra, təhlükəsizlik tədbirləri baxımdan ləğv edilib.

Qeyd edək ki, sözügedən oyunu Almaniya kansleri Angela Merkel və ölkənin digər rəsmi şəxsləri izləyəcəkdi.