“London səfərinin artıq heç bir əhəmiyyəti yoxdur”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt“Bu görüş də Milli Şuranın Vaşinqton görüşünə oxşayır"

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev üzvü olduğu Milli Şuranın London səfərindən imtina edib.

Modern.az saytına açıqlamasında eks-spiker Milli Şura rəhbərliyinin qatılacağı London səfərində iştirak etmək istəmədiyini bildirib.

R.Quliyev həmçinin Milli Şura üzvlərinin səfərlə bağlı mətbuata verdikləri açıqlamalara kinayə ilə yanaşaraq bu səfərin önəmsizl olduğunu qeyd edib: “Bu görüş də Milli Şuranın Vaşinqton görüşünə oxşayır, 5-6 adamın adı sadalanır. Ola bilər bir və ya iki nəfər Londona getsin. London səfərinin artıq heç bir əhəmiyyəti olmadığından mənim ora getmək fikrim yoxdur”-deyə R.Quliyev açıqlama verib.

Xatırladaq ki, Böyük Britaniyanın Kral İnstitututunun Milli Şura rəhbərliyini Londona səfərə çağırdığı bildirilir. Səfərdə Milli Şuranln vahid namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və “El” hərəkatının rəhbəri Eldar Namazovun iştirak edəcəyi gözlənilir.