Gürcüstanın bölgələrin inkişafı naziri Marneulidə həyata keçirilən infrastruktur layihələri ilə tanış olmuşdur

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın bölgələrin inkişafı və infrastruktur naziri David Narmania azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda həyata keçirilən infrastruktur layihələri ilə tanış olmuşdur.
Rayonun Qullar kəndində bərpa olunmuş yolun açılış mərasimində iştirak edən nazir yerli sakinlərlə görüşmüşdür. Bildirilmişdir ki, yolun bərpasına 1.397.600 lari (1 dollar 1,65 laridir) xərclənmişdir.
David Narmania qeyd etmişdir ki, bölgədə infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək, Qullar kəndi sakinlərinin istəyi nəzərə alınaraq yolun mərkəzi avtomagistraladək olan hissəsinin də təmiri üçün tədbirlər görüləcəkdir.
Rayon icra hakimiyyətinin Qullar kəndi üzrə nümayəndəsi Qəşəm Qarayev kənd yolunun son 30 ildə ilk dəfə əsaslı təmir olunduğunu qeyd etmiş, kənd sakinləri adından nazirə təşəkkürünü bildirmişdir.
Nazir rayonun digər kəndlərində də həyata keçirilən infrastruktur layihələrinin icrası ilə də tanış olmuşdur.