Medvedev Gürcüstan müharibəsinin təfərrüatını açıqladı

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Rusiya baş naziri Dmitri Medvedev Rusiya və Gürcüstan arasındakı "Beşgünlük müharibə" ilə bağlı "Kommersant" qəzetinə müsahibə verib. 

Müsahibə hərbi əməliyyatların başlanmasının 10 illiyinə həsr olunub. 

O zaman ölkə prezidenti postunu tutan Medvedev münaqişənin təfərrüatını açıqlayıb. 

Onun sözlərinə görə, hərbi əməliyyatların başlanması üçün zərurət yox idi:

"Ancaq “Saakaşvilinin (Mixail Saakaşvili – 2004-2013-cü illərdə Gürcüstanın prezidenti) və onun tərəfdarlarının məsuliyyətsizliyi, əxlaqsız və cinayətkar davranışı buna vadar etdi". 

"Düşündüm və belə qərara gəldim: Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan yaxşı heç nə yoxdur", - Rusiyanın baş naziri bildirib. 

Medvedevin sözlərinə görə, o, Rusiyada, Zaqafqaziyada gələcəkdə sülhün saxlanılması üçün çalışırdı. Və, bu, yeganə mümkün addım idi. 

"Bir müddət sonra VladimirPutinin rəhbərlik etdiyi hökumətlə danışdım. O da məni bu məsələdə dəstəklədi", - o qeyd edib. 

Medvedev deyib ki, 2008-ci ildə baş verən münaqişədə Rusiyanın Gürcüstanı darmadağın etmək və prezident Mixail Saakaşvilini edam etmək niyyəti yox idi.