Gürcüstanda keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

Dalga tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.

Bununla da seçkilərə rəsmən start verilib.

Məlumat üçün qeyd edək ki, bu il Gürcüstanda seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək və 6 ildən sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.