Gürcüstanın hakim partiyası prezidentliyə namizədini avqustda elan edəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası prezidentliyə namizədini avqustda elan edəcək.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd Maya Tskitişvili deyib. 
 

"Bir neçə dəfə bəyan etmişik ki, prezidentliyə namizədin adını yayın sonunda açıqlayacağıq. Namizədimiz həmin vaxt məlum olacaq", - deyə o qeyd edib.  
 

Qeyd edək ki, bu ilin aprel ayında Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze hakim partiyanın prezidentliyə namizədini iyul və ya avqust ayında açıqlayacağını bildirmişdi.
 

 

Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək. Builki seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq.